Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 16:48
Bakı. Trend:
Məhərrəmov Vüqar Hümbət oğlunun nyus.az saytında yayımlanan fikirləri qərəzlidir və həqiqəti əks etdirmir.
Bu barədə Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımovun Trend-ə bildirdiyi təkzibdə deyilir. Ə.Kazımov bildirib ki, onu təhkim olunduğu ərazi üzrə dəfələrlə işə çağırsalar da, 2020-ci ilin iyul ayının əvvələrindən heç bir səbəb göstərmədən işə çıxmamşdır: "Ona görə də ona iyul ayı üzrə əməkhaqqı hesablanmamış və kartına vəsait köçürülməmişdir. Bu səbədən isə qərəzli olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin Zəhmətkənd kənd İƏD üzrə nümayəndəsindən və Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının müdirindən əsasız şikayətlər edir".
Kombinatın müdiri qeyd edib ki, vətəndaşın müraciəti araşıdırılması üçün Gədəbəy rayon prokurorluğuna göndərilib.