Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 06:50
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində son iki oyun keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, İngiltərənin "Vulverhempton" klubu Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşıb. Oyun İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 9-cu dəqiqədə meksikalı Raul Himenes vurub.
Digər qarşılaşmada İsveçrənin "Bazel" klubu Almaniyanın "Ayntraxt" klubu üzərində 1:0 qələbə qazanıb. Oyunda yeganə qolu 88-ci dəqiqədə Fabian Fray vurub.
Beləliklə, "Vulverhempton" və "Bazel" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıblar.