Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 13:15
Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb.
Sonxeber.net xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: "Onlardan birinin vəziyyəti ağırdır".
Qeyd edək ki, bu gün SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.