Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 23:15
Yüksək əhval-ruhiyyəyə sahib olmaq üçün yemiş yemək lazımdır.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə dietoloq Antonina Starodubova danışıb.
Onun sözlərinə görə, yemişin tərkibində olan faydalı maddələr sinir sisteminə yaxşı təsir edir, əhvalı yaxşılaşdırır.
Mütəxəssis qeyd edib ki, yemişin tərkibində yüksək miqdarda vitamin, fol turşusu və çox sayda mineral var. Buna görə də qovun antioksidant təsiri göstərir və ürək-damar sisteminin işini yaxşılaşdırır. Eyni zamanda qovunun yeməklərdə istifadəsi ateroskleroz və onkoloji xəstəliklərin profilaktikasında faydalıdır.
Dietoloq qeyd edib ki, qovunu da miqdarında və əks-təsirlər olmayan zaman yemək lazımdır: "Ən zərərsiz məhsul belə təhlükəli ola bilər. Buna görə də gün ərzində 300-400 qramdan artıq (2-3 dilim) yemək olmaz".
Onun sözlərinə görə, bu məhsuldan çox yemək artıq çəki yığmağa səbəb ola bilər.