Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sodanın bilmədiyimiz faydaları: Dəridə qaşınma, göbələk varsa...

Sodanın bilmədiyimiz faydaları: Dəridə qaşınma, göbələk varsa...

Tarix: 8 Avqust 2020 22:57

Çay sodası adlandırdığımız Natrium karbonatdan (Na2CO3) məişətdə geniş istifadə olunur. Daha çox un, şirniyyat məmulatlarının hazırlanmasında istifadə edilən sodanın tibbi-müalicəvi xüsusiyyətləri də çoxlarına məlumdur. Soda ən azı boğaz ağrısında qarqara kimi, zəhərlənmələr zamanı mədə-bağırsaqların yuyulması üçün ilkin yardım vasitəsi hesab olunur. Amma sodanın faydaları bununla bitmir. Məlumatlara görə, sodalı su ilə yuyunmağın çoxsaylı faydaları var.

Dəridə olan qaşınmaları-eqzamanı sakitləşdiririr

Soda qələvi xassəyə malikdir, su ilə birləşdikdə suyu qələvi bir maye halına gətirir. Sodalı su ilə duş qəbul etmək təkcə dərini yumşaltmır, bədənə daha çox fayda verir. Araşdırmalara görə, natrium-karbonat istifadəsi qaşıntıları aradan qaldırır və yüngülləşdirir. Ancaq sodanı isti yox, ilıq suya qatmaq tövsiyə olunur.

Əzələ ağrılarını yüngülləşdirir

Karbonatlı su ilə duş qəbul etməyin başqa bir faydası ağrıyan əzələləri sakitləşdirməkdir. Sodaya duz da əlavə edərək daha çox təsir əldə etmək olar. Həftədə bir dəfə bu qarışıqla yuyunmaq tövsiyə edilir.

Bədəndə detoks təsiri yaradır

Heç bir səbəb olmadan yaranan yorğunluq zamanı natruim-karbonatlı su ilə yuyunmaq sayəsində bədən canlanır və detoks effekti yaranır.

Pis qoxunu aradan qaldırır

Sodalı su soyuducuda, otaqlarda olan pis qoxuları udma qabiliyyətinə malikdir. Eləcə də sodalı su ilə yuyunmaq bədəndə olan arzuolunmaz qoxunu da aradan qaldıra bilir.

Göbələk xəstəliyində faydalıdır

Soda dəri və dırnaq göbələkləri ilə də mübarizə aparır. Sodalı su dəri və dırnaq göbələklərini həll etməyə kömək edəcək bir xüsusiyyətə malikdir.


Etiketlər:  Sodanın bilmədiyimiz faydaları Dəridə qaşınma göbələk varsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ