Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır''

''Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır''

Tarix: 9 Avqust 2020 15:00

Uzun illərdir, sosial layihələrin aparıcısı və layihə rəhbəriyəm. Hər gün onlarla sosial problem dinləyirəm. Aliment və uşaqpulu ala bilməyən tək analar... Belə ailələr yüzlərlədir desəm, bəlkə də, yanılmaram. Zorakılığa məruz qalan qadınlarımız məcburən dözürlər, çünki ictimai qınaqdan qorxurlar.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazıb. O, boşanan qadınların aliment ilə bağlı yaşadığı problemləri dilə gətirib:

"Dözə bilməyib ayrılan ana-bacılarımız isə illərlə aliment ala bilmirlər. Onlar haqlarını tələb edəndə yenə qınaq, tənə olunurlar. Bu halda bir, iki, üç, hətta bəzən beş, altı uşaqla ayrılan anaların aqibəti necə olmalıdır? Lap ərinə iki-üç dəfə xəbərdarlıq edildi, sonra həbsə girdi, (hətta bunu göz önünə alan, "cəhənnəm olsun, bir-iki il iş verəcəklər. Yatıb çıxaram" deyən ərlər də az deyil) sonra nə olur? Daha böyük aqressivlik, şiddət və nəhayət, faciə. Qarşı tərəfin isə yalnız bir arqumenti olur: işim yoxdur, haradan verim?

Əslində, burada da həqiqət az deyil. Ona görə də bu cür ailələr üçün bir xüsusi proqramın hazırlanmasının vacibliyini düşünürəm. O ailələrdə böyüyən uşaqlar heç yerdən ümid olmadığını görəndə necə böyüyəcək? Hələ körpə yaşlarından atadan zərbə alan atasını, anadan sevgi görməyən anasını, əlaqədar qurumlardan, qanuni haqlarını almayan dövlətini, vətənini, xalqını sevə biləcəkmi? Allah, vətən, valideyn, həyat yoldaşı, övlad borcunun nə olduğunu anlayacaqmı? Düşünək".


Etiketlər:  Zorakılığa məruz qalan qadınlarımız qınaqdan qorxub ayrılmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ