Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2020 18:18
"Qalatasaray" Norveç millisinin üzvü Omar Elabdellaouini heyətinə qatır.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə sağ cinah müdafiəçisi özü açıqlama verib.
28 yaşlı futbolçu bildirib ki, "Olympiacos"dan "Qalatasaray"la anlaşdığı üçün ayrılıb: ""Olympiacos"dan ayrılmaq çətin idi.
Məni komandada saxlamağa çalışdılar. Onlara təşəkkür edirəm. Amma "Qalatasaray"dan imtina edə bilməyəcəyim təklif aldım və getmək qərarına gəldim".
Omarın tezliklə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.