Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'', ''Keşlə'' və ''Sumqayıt''ın rəqibi bilindi - Avropa Liqası

''Neftçi'', ''Keşlə'' və ''Sumqayıt''ın  rəqibi bilindi - Avropa Liqası

Tarix: 10 Avqust 2020 15:26

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə" və "Sumqayıt"ın da rəqibi bəlli olub.

"Neftçi" Makedoniyanın "Şkupi, "Keşlə" Albaniyanın "Laçi”, avrokubokların debütantı “Sumqayıt” isə Şimali Makedoniyanın "Şkendiya" klubuna rəqib olub. Hər üç komandamız bir oyundan ibarət bu mərhələdə rəqibi ilə evdə üz-üzə gələcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.


 

 


Etiketlər:  Neftçi Keşlə Sumqayıtın rəqibi bilindi Avropa Liqası


RƏYLƏR