Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan - Lüksemburq matçı ilə bağlı AFFA-dan açıqlama - YENİLƏNİB

Azərbaycan - Lüksemburq matçı ilə bağlı AFFA-dan açıqlama - YENİLƏNİB

Tarix: 11 Avqust 2020 10:34

10:32

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan - Lüksemburq matçının məkanı dəyişdirilməyəcək.

Sonxeber.net bildirir ki, bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, sentyabrın 5-dəki qarşılaşmanın yerinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Həmin oyun sentyabrın 5-də Bakı Olimpiya Stadionunda olacaq.

Qeyd edək ki, Lüksemburq mətbuatı Azərbaycana girişlə bağlı problem olduğu üçün UEFA-nın matçı neytral meydana təyin edə biləcəyini iddia edib.

---------
10:12

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburqla ev matçının məkanı dəyişdirilə bilər.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu iddia ilə Lüksemburqun "wort.lu" saytı çıxış edib.

Bildirilib ki, 15-20 avqustda UEFA-nın videokonfrans formatındakı iclasında Millət Liqası müzakirə olunacaq və yekun qərarlar veriləcək. Nəşrin yazdığına görə, Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlər olduğundan, Azərbaycan - Lüksemburq qarşılaşması sentyabrın 5-də neytral meydanda baş tuta bilər.

Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filipp də açıqlamasında bunun müzakirə olunmasının vacibliyini vurğulayıb. O, pulu geri ala bilməyəcəkləri üçün hələlik çarter reysi sifariş etmək istəmədiklərini söyləyib: "UEFA milli assosiasiyalarla təmasdadır. Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib".

Qeyd edək ki, C Liqasının I turu çərçivəsində Azərbaycan - Lüksemburq oyunu Bakı Olimpiya Stadionunda keçirməlidir.


Etiketlər:  Azərbaycan Lüksemburq matçı ilə bağlı AFFA açıqlama YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ