Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 17:00
“Fiorentina”da 2019/2020 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Qol.az xəbər verir ki, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, 37 yaşlı yarımmüdafiəçi Frank Riberi 1-ci olub.
O, başa çatan mövsümdə A seriyasında 21 matçda 3 qol vurub, eyni sayda qolun ötürməsini verib. Fransalı futbolçu 1 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, F.Riberi “Fiorentina”ya ötən il “Bavariya”dan transfer olunub.