Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 18:56
Bakı. Trend:
Malayziya hökuməti müəyyən istiqamətlər üzrə “yaşıl dəhliz” prinsippi ilə turistlər üçün sərhədləri açmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu ölkənin Turizm, incəsənət və mədəniyyət naziri Nenesi Şukri deyib.
O bildirib ki, bununla belə, Malayziya əcnəbi turistləri kütləvi şəkildə qəbul etməyə hələlik hazır deyil.
Nazirin sözlərinə görə, epidemiloji vəziyyətdən asılı olaraq bir ölkə ilə sərhədin tam açılması baş verməyə bilər:
“Məsələn, Melburn şəhərində ikinci dalğa yaşandığı üçün Avstraliya koronavirusdan tam azad olmuş ölkə hesab edilə bilməz. Amma digər tərəfdən, Pert şəhərindən turistlərin qəbulu məsələsini müzakirə etməyə hazırıq”.