Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 21:48
TikTok ABŞ Prezidenti Donald Trump-ın Amerika şirkətlərinə Çin internet şirkətləri ilə 45 gün müddətinə əlaqəni kəsmək tapşırığına cavab verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, TikTok rəsmiləri Trump-ın bu hərəkətini gözlənilməz addım kimi qiymətləndirib. Bildirilib ki, şirkət hüquqlarının ayaqlar altına alınmaması üçün hər yola baş vuracaq.
ABŞ Prezidenti isə TikTok-la kifayətlənməyərək WeChat ilə də əlaqəni kəsmək tapşırığı verib. Tətbiqin sahibi Tencent şirkəti isə Trump-ın rəsmi qərarlarının təhlil olunduğunu, adekvat addım atılacağını bildirib.