Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan sloveniyalı qapıçı ilə bağlı açıqlama

“Qarabağ”dan sloveniyalı qapıçı ilə bağlı açıqlama

Tarix: 12 Avqust 2020 15:24

“Qarabağ” “Sampdoriya”nın qapıçısı Vid Beletsin transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla əlaqədar yerli və xarici mediada çıxan məlumatları təkzib edib. O, sözügedən xəbərlərin həqiqətə uyğun olmadığını deyib: “Bu qapıçının transferi “Qarabağ”ın gündəmində deyil”.

Qeyd edək ki, 30 yaşlı sloveniyalı Vid Belets ötən mövsümü icarə qaydasında APOEL-də keçirib və “Qarabağ”la oyunlarda iştirak edib.

 


Etiketlər:  Qarabağdan sloveniyalı qapıçı ilə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ