Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 16:18
"Nəhayət, minlərlə azərbaycanlı idman həvəskarının gözlədiyi vaxt gəlib çatdı".
Qol.az xəbər verir ki, bunu AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.
Futbol veteranı bildirib ki, koronavirus pandemiyası hər sahədə ölkəyə ziyan vurub: "O cümlədən də futbolda. Amma insanların sağlamlığı ön planda olduğu üçün bununla barışmaq lazımdır".
İsmayılovun sözlərinə görə, bu il Azərbaycan futbolunu və onun həvəskarlarını çox çətin il gözləyir: "4 komandamız Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək. Komandalarımız fiziki baxımdan tam hazırlıqla olmasalar da, ümid edirəm ki, əzmkarlıq göstərib futbolumuzun adını yüksəklərə qaldıracaqlar. 8 komandanın hər birinə uğurlar diləyirik. Ümid edirəm ki, bu çempionatda milli komandada oynayacaq bir neçə yeni futbolçu çıxacaq".