Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid polkovnikin xanımı bilinməyən faktları açdı: "Yuxuda dediyi həmin məqam..."

Şəhid polkovnikin xanımı bilinməyən faktları açdı:

Tarix: 12 Avqust 2020 19:06

Şəhidin evi də səngərdir. Orda savaş bitmir, güllələr susmur. Anasının göz yaşları dizinə tökülüb yeri yandırır. Övladları səhra otaqlarda sığınmağa kölgə axtarır. Bir də hamının yerinə yaşayıb, hamının əvəzinə ölən qadın olur bu evdə.

Bir yandan da qapısından içəriyə girən kimi nəfəs dolu güvən, qəribə rahatlıq çökür üstünə. Otaqları bəzəyən fotolardan şəhid baxışları qoruyur səni.

Bu evlərdə yeni ayin formalaşır. Gün çıxanda hamı bir-bir şəkildəki qəhrəmanı salamlayır. Gecə mütləq şirin yuxu diləyir.

Təkcə həmin səhər İlqara mesaj yazıb gözəl gün arzuladım. Cavab gəlmədi. Hələ də telefona baxıb gözləyirəm. Ən çox da özümü günahlandırıram. Bir-birimizdən ayrı olduğumuz günlər hər səhər hal-əhval tuturduq. Bəlkə də şəhid olduğu gün daha tez yazsaydım, son mesajımı oxuyardı, deyir xanımı.

Milli.Az


Etiketlər:  Şəhid polkovnikin xanımı bilinməyən faktları açdı Yuxuda dediyi həmin məqam


RƏYLƏR