Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 19:12
Bakı. Trend:
Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin çoxluğu müşahidə olunur. Bu səbəbdən yollarda sıxlıq yaranıb.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Aagentliyindən (BNA) məlumat verilib.
Qeyd olunub ki, Ş.İ.Xətai prospekti-H.Əliyev prospekti istiqaməti, Tbilisi prospekti-hər iki istiqamət, M. Useynov-hər iki istiqamət, Z.Bünyadov-20 Yanvar dairəsi istiqaməti, Binəqədi şosesi-Binəqədi qəsəbəsi istiqaməti, Babək prospekti-H.Əliyev prospekti istiqaməti, K.Rəhimov küçəsi- Ş.İ.Xətai prospekti, A.Bakıxanov küçəsində sıxlıq müşahidə olunub.
Sıxlıq səbəbindən qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var.