Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronavirusdan sağalanların sayı 227 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 227 min nəfəri ötüb

Tarix: 12 Avqust 2020 23:24

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 891 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 212 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 244 392 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 227 089 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı 227 min nəfəri ötüb


RƏYLƏR