Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 08:04
Bakı. Trend:
Fransanın "Pari Sen-Jermen" futbol klubu Çempionlar Liqasının dörddə bir finalında İtaliyanın "Atalanta" komandasını 2-1 məğlub edib.
Trend-in məlumatına görə, qaliblərin heyətində qolları Markinyos (90-cı dəqiqə) və Erik Şupo-Motinq (90 +3) vurublar.
Qarşı tərəfdən yeganə qolu Mario Paşalış vurub (27-ci dəqiqə). Beləliklə, PSJ Çempionlar Liqasının ilk yarımfinalçısı olub.
Digər dörddəbir final matçlarında Almaniyanın "Leyptsiq" və İspaniyanın "Atletiko", İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" komandaları, həmçinin İngiltərənin "Mançester Siti" və Fransanın "Lion" klubları oynayacaqlar.