Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 13:45
Bakı. Trend:
Neft hasilatının azaldılması ilə bağlı OPEK+ sazişini əvvəlki şərtlərlə davam etdirmək məqsədəuyğun olardı.
Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov deyib.
O deyib ki, bunun üçün heç bir maneə görmür:
“İyulun 1-2-də OPEK+ iclasını gözləmək lazımdır. Kiminsə bu şərtlərə qarşı çıxdığı mənə məlum deyil. Fikrimcə, bu məsələdə konsensus var, görüş zamanı daha çox məlumat əldə edəcəyik. Əgər heç bir şey baş verməsə, əvvəlki rejimi davam etdirmək düzgün olar”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin