Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızlar açıq geyimdə İnstaqram-a şəkil qoyurlar, onun atası hara baxır?''

''Qızlar açıq geyimdə İnstaqram-a şəkil qoyurlar, onun atası hara baxır?''

Tarix: 15 Avqust 2020 12:10

12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən. Azərbaycan kişiləri avropalılardan fərqlənir. Həyatdır, bizim kişilər daha qadına düşkündür.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Çingiz Mustafayev qadınların ünvanına deyib. Sənətçi sosial şəbəkədə açıq-saçıq videolar paylaşan xanımlara səslənib:

"Bəzi kişilər qadınları istifadə edirlər. Bu isə yaxşı hal deyil. Bir qızın yetişməyinə ailəsi nə qədər zəhmət sərf edir ki, həkim və ya başqa vəzifədə olsun. Buna görə demişəm ki, aldanmayın. Kişilər söz verir ev, maşın alacam. Bizimkilər xoşlayır ki, oturanda masaya pulqabı atsın. Qadın üçün güclü kişi pulludur. Normal düşüncədir, övladını hamı yaxşı böyütmək istəyir. Bundan da istifadə edən kişilər olur.

Təəssüf ki, qadınlar çox əlçatan olublar. Kişilərin gözü ilə baxanda acınacaqlıdır. İnstaqram çıxan gündən bəri hər şey pisləşir. Bir qadın ombasını, ora-burasını çəkib qoyur. Bunu da normal adlandırır. Bu normal bizi hara aparır? Bilirəm, mənim işimə qalmayıb. Yazacaqsınız, sənə nə? 20-30 il qabaq biz başqa idik, normal dəyərlərimiz var idi. Bunlar azalmağa başladı. Mentalitetə lağ edənlər çoxaldı. Avropa olmağa başladıq. Avropalılardan nə götürürük? İstəyərdim "azərbaycanlı" deyəndə ağıla elm gəlsin. İstəyirəm xalqım hər zaman yüksəklərdə olsun.

Məşhur insanlar var ki, xarici mediada görsənirlər. Azərbaycanın adını aşağı aparırlar. Biz millət olaraq o insanların gözündə necə görünürük? Yaradıcı insanlar ölkənin bayrağını qaldırır, dövlət dəstək olur. Amma bəzi parazitlər bizi gözdən salır. Ulduz olmaq sevdası, özünü gündə 30 dəfə çəkib paylaşmaq nədir? Qadınların yaratdığı ucuz obraz o şəraiti yaradır ki, kişilər qadınlardan istifadə etsin. Qadın özündə olmalıdır, qayğısına qalmalıdır.

Geyimlə problemim yoxdur. Açıq-saçıq geyinmək müasirlik deyil. Bunun başqa adı var, səsləndirmək istmirəm. İnsan yerində qısa geyinib gözəl görünə bilər. Amma yeri gəldi-gəlmədi geyinən özünü satışa qoyub. Cavan oğlanlardan heç danışmaq istəmirəm. Bunun atası, qardaşı, əmisi hara baxır?

Cavan oğlanlar baxırsan "Tik-Tok"da... Deyirsən, bu niyə belə edir, necə geyinir: dodağını dişləyir, göz süzdürür. Düşünürsən ki, bu evlənəcək, uşağına nə tərbiyə verəcək? Böyük danışıram, bəli.

İstəyirəm xanımlarımız öz ayaqları üstündə dursunlar, kiməsə möhtac olmasınlar, nələrləsə öyünməsinlər: fılankəslə görüşürəm, maşınım, evim var. Oxusunlar, xaricə getsinlər".


Etiketlər:  Qızlar açıq geyimdə İnstaqram şəkil qoyurlar onun atası hara baxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ