Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azay Quliyev: QHT-lər şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır

Azay Quliyev: QHT-lər şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır

Tarix: 24 Iyun 2019 16:57

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi qeyri-hökumət təşkilatları şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev həmin insanlara şər-bohtan atmaq əvəzinə layihə yazmağı öyrənməyi tövsiyə edib:

“Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz. Bizi şantaj etmək əvəzinə, haqqımızda yalan, böhtan xarakterli yazılar yazdırmaq əvəzinə, getsinlər layihə tərtib etməyi öyrənsinlər. Əgər həmin insanlar layihə yaza bilmirlərsə, gəlsinlər onlara layihənin necə hazırlanması ilə bağlı təlimlər keçək”.

A.Quliyev qeyd edib ki, şura ölkədə aparılan şəffaflığa, elektron hökumət quruculuğuna öz töhfəsini verməyə borcludur və bu istiqamətdə iş aparır:

“Şura hər bir işi şəffaf şəkildə həyata keçirir. Şuranın həyata keçirdiyi SƏLİS elektron vətəndaş proqramı vasitəsilə hər bir iş açıq-aşkar yerinə yetirilir, hər şey göz qabağındadır, aşkardır. Bəziləri bu aşkarlığa kölgə salmağa çalışır”.


Etiketlər:  Azay Quliyev QHT lər şər böhtan hədə qorxu yolu ilə bizdən layihə almağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ