Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2020 15:58
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.
Qol.az xəbər verir ki, bu haqda zakon.kz məlumat yayıb.
İlkin versiyaya görə, 30 yaşlı Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.
Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.
Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat yayılmışdı. Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.
Xatırladaq ki, Aysultan daha əvvəl futbolçu olub. O, müxtəlif vaxtlarda - atası Avstriyada səfir olanda "Admir Vakker" klubunda (2006-cı ildə), sonralar "Çelsi"nin akademiyasında, "Portmunt"un yeniyetmələr komandasında, "Astana"nın əvəzedici həyətində (2011-ci ildə) çıxış edib.
2017-ci ilin fevralından oktyabrınadək Qazaxıstan Futbol Federasiyasının beynəlxaq əlaqələr üzrə vitse-prezidenti olub.