Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi - Papaqçıya ərə gedən Xan qızı - FOTO

Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi - Papaqçıya ərə gedən Xan qızı - FOTO

Tarix: 16 Avqust 2020 19:52

Dünən XIX əsrin görkəmli qadın şairəsi Xurşidbanu Natəvanın doğum günü idi.

Sonxeber.net kulis.az-a istinadən şairənin həyatı haqqında maraqlı faktları təqdim edir.

Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub.

***

Mehdiqulu xan ona ona anasının adını vermişdi. Mehdiqulu xanın yeganə övladı olduğu üçün onu "Dürrü yeкta" (Təк inci), el arasında isə "Xan qızı" çağırmışlar.

***

Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir.

***

Xasay xanla evləndikdən sonra Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızı 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edirlər. Bu ziyarətdən bir il sonra 1855-ci ildə onların oğlu Mehdiqulu xan, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlir.

Gallery

Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar.

***

Natəvan 1869-cu ildə könlünə yatan Seyid Hüseyn adlı kasıb bir (təbii ki, Seyid Hüseyn Xan qızı kimi var-dövlət sahibi deyildi - F.X.) şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar olub. Papaqçı idi. Bu evlilikdən də Natəvan xanımın üç oğlu dünyaya gəlib.

***

Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salır. Oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.

Gallery

Seyid Hüseyndən olma oğlu Mir Abbas 17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət Xan qızı bu ağır dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və pzünə Natəvan(zəif, gücsüz) təxəllüsünü götürür
***

Yaradıcılığa IXI əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, cüzi hissəsi günümüzə gəlib çatıb. 1870- ci ildən etibarən Natəvan təxəllüsü ilə qəzəllər yazıb.

***

Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə onun Bakıda məşhur fransız yazıçısı Aleksand Düma ilə görüşməsi olub. Xasay Xanın mükəmməl fransız dili bilgisi nəticəsində onlar dostlaşmışdılar. A. Dümanın "Qafqaza səyaht" kitabında bu görüş haqqında məlumat öz əksini tapıb.

Gallery

Natəvan 1873-cü ildə Şuşadan yeddi kilometr aralı olan Sarı Baba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirimiş, sonra böyük su anbarı tikdirmiş, hovuz, hamam və buzxana düzəltdirib. Şəhər əhalisinin gəzintisi və istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırıb.

***

Tarixdən məlumdur ki, Xurşudbanu Natəvan oğlu Mehdiqulu xana qırx gün qırx gecə toy çaldırıb. Bu toyda XIX əsrin məşhur xanəndələri, aşıqları iştirak ediblər. Məsələ ondadır ki, toy üç hissədən ibarət olub. Birinci məclisə əsilzadələr, ikinci məclisə sənətkarlar, üçüncü məclisə isə yoxsullar dəvət olunub. Adətə görə qadınlar gündüz, kişilər axşam toya gələrdilər. Bu toyun ən yaddaqalan məqamlarından biri də budur ki, Xan qızı qırx gün qırx gecə Qarabağın bütün kasıb kəndlilərinə yemək paylayıb, plov vermiş, hər dəvətliyə bəxşiş bağışlamışdır. Toyda xələt yığılmamış, əksinə, Xurşudbanu özü qonaqlara hədiyyələr verirmiş.

***

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoyur.

***

Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kəngərli məntəqəsində yarımçıq qalmasına səbəb olur.

***

Şairənin həyatının son illəri daha acınacaqlı keçib. O, yaylaqlarını və yararlı torpaqlarını itirərək var-yoxdan çıxır, borca düşür. Hətta dövrü mətbuatda çıxan xəbərlərə görə o, ağır maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını açıq satışa qoymuşdu.(Bakinskie quberrnckie vedomosti" qəzeti, ¹ 43; Yenə orada, 1896, ¹ 5.)

***

Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda "Imarət" deyilən ailə qəbiristanlığında dəfn olunub.


Etiketlər:  oğlu öldü ikinci oğlu anasını tərk etdi Papaqçıya ərə gedən qızı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ