Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 08:52
Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır: "Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik".