Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo ilə Pirlo arasında vacib telefon danışığı

Ronaldo ilə Pirlo arasında vacib telefon danışığı

Tarix: 17 Avqust 2020 11:50

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir.

Qol.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, bu günlərdə portuqaliyalı futbolçu ilə yeni baş məşqçiləri Andrea Pirlo arasında telefon danışığı olub. Telefon zəngi zamanı futbolçunun Turin komandasındakı gələcək karyerası da müzakirə edilib. 41 yaşlı mütəxəssis Ronaldonu əmin edib ki, o, “Yuventus”un əsas oyunçularından biri olaraq qalacaq və klub onu satmaq niyyətində deyil.

Portuqaliyalının transferə çıxarıcağı barədə söhbətlərə önəm vermədiyi də bildirilib. Qeyd edilib ki, Pirlonun təyinatı onun ürəyincə olub.

Qeyd edək ki, İtaliya mediasında “Yuventus”un yüksək maaş alması səbəbindən Ronaldonu satmaq niyyətində olduğu iddia edilib.

 


Etiketlər:  Ronaldo ilə Pirlo arasında vacib telefon danışığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ