Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 15:42
Millimizin sabiq futbolçusu Zaur Ramazanov "Səbail" klubunda işə başlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, seleksioner məşqçi kimi fəaliyyət göstərəcək.
44 yaşlı veteran "Səbail"in aşağı yaş qruplarından ibarət komandaları üçün futbolçu axtarmaqla məşğul olacaq.
Qeyd edək ki, Zaur Ramazanov MOİK, "Bakılı", "Karvan", "Xəzər Lənkəran" və "Qarabağ" kimi komandalarda forma geyinib. Millimizdə 15 oyun keçirsə də, rəqib qapısına yol tapa bilməyib.
Onun karyerasının pik vaxtı "Karvan" və "Xəzər Lənkəran" klublarında olub. Məhz bu iki klubla iki dəfə Azərbaycan çempionatının bombardiri adına yiyələnib.