Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ulduz futbolçu "Real"dan ayrılmaq istəyir

Ulduz futbolçu

Tarix: 17 Avqust 2020 23:32

"Real Madrid"in yarımmüdafiəçisi Xames Rodriqez gələcək karyerası barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı oyunçu komandadan ayrılmaq istədiyini bildirib:

"Oynamamaq məyusluqdur. Stabil çıxış etməyə hazıram, amma müəyyən insanlar üzündən bunu edə bilmirəm. Əgər pis oyunçu olsaydım, qəbul edərdim. Ancaq mən qazanmaq və davamlı oynamaq istəyən bir insanam. Komanda yoldaşlarınızla eyni bacarıqlarınız olmadığını görəndə çətin olur. Bu səbəbdən də "Real"dan ayrılmaq istədim, amma klub buna icazə vermədi".

Qeyd edək ki, Xames 2019/20 mövsümündə Madrid təmsilçisində 14 oyun keçirib və 1 qol vurub.

Milli.Az


Etiketlər:  Ulduz futbolçu Realdan ayrılmaq istəyir


RƏYLƏR