Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 14:32
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 2 385 nəfərin koronavirusa (COVID-19) yoluxması öz təsdiqini tapıb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu günədək 347 835 nəfər koronavirusa yoluxub. Virus daşıyıcılarından 3 882 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 168 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 19 972 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 300 881 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.