Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir ekspres avtobus xəttə buraxıldı

Daha bir ekspres avtobus xəttə buraxıldı

Tarix: 19 Avqust 2020 10:18

Bu gündən 5 sayda əlavə ekspres xətlərdən daha biri, M9 ekspres xətti fəaliyyətə başlaıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni avtobus bu gün saat 06:30-dan xəttə buraxılıb. M9 xəttinin istifadəyə verilməsi ilə "Sea Breeze" istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq.

Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M9 ekspres xətti üzrə avtobusların hərəkət sxemi "Sea Breeze" istirahət mərkəzi - "Nəriman Nərimanov" metro stansiyası istiqaməti müəyyən edilib.

Milli.Az


Etiketlər:  Daha ekspres avtobus xəttə buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ