Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 14:28
Bakı. Ceyhun Ələkbərov - Trend:
Fəaliyyətə başlayan bəzi restoran və kafelərdə ara məsafəsi gözlənilmir.
Bunu Trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov bildirib. Onun sözlərinə görə, bəzi obyektlərdə stollar qoyulmuş qaydalara uyğun yerləşdirilmir:
“Sahibkarlara müraciət edirik ki, onlar obyektlərini açmamışdan qabaq masaları qaydalara uyğun tənzimləsinlər. İstər obyekt sahibi, istərsə də orada işləyən digər şəxslər bütün məsələlərlə bağlı ciddi səy göstərməlidirlər. Bilirsiniz ki, ictimai iaşə obyektlərində virusa yoluxma daha yüksəkdir. Ona görə də, qoyulmuş qaydalar düzgün yerinə yetirilməlidir”.