Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA İnfantino ilə bağlı araşdırmaların nəticəsini açıqladı

FİFA İnfantino ilə bağlı araşdırmaların nəticəsini açıqladı

Tarix: 20 Avqust 2020 14:58

FİFA-nın İstintaq Palatası qurumun prezidenti Canni İnfantino ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Etika Komitəsi İtaliya əsilli isveçrəli funksionerin fəaliyyətində hər hansı pozuntu aşkarlamayıb.

Daha əvvəl İsveçrə Federal Məhkəməsi İnfantino ilə bağlı araşdırmalara başlayıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, İnfantino 2016-cı ildə FİFA prezidenti seçilib. O, çoxsaylı korrupsiya qalmaqallarından sonra istefaya göndərilən Yozef Blatteri əvəzləyib.


Etiketlər:  FİFA İnfantino ilə bağlı araşdırmaların nəticəsini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ