Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt''dan növbəti transfer - Rəsmi

''Sumqayıt''dan növbəti transfer -  Rəsmi

Tarix: 20 Avqust 2020 19:12

İlk dəfə ölkəmizi Avroliqada təmsil edəcək “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. 

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü Albaniyanın “Bylis” klubunda icarədə keçirən, müqavilə ilə “Sabah”a məxsus olan mərkəz müdafiəçisi Eltun Turabovla müqavilə imzalanıb. 

"Sumqayıt"da 1 il müddətinə icarə əsasında çıxış edəcək olan 23 yaşlı futbolçu “33” nömrəli formanı geyinəcək.

Xatırladaq ki, “Sumqayıt” buna qədər Tellur Mütəllimov, Elvin Məmmədov, Əli Qurbani, Kərəm Sultanov, və Adəm Həmatini də transfer edib.
 


Etiketlər:  Sumqayıtdan növbəti transfer Rəsmi


RƏYLƏR