Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu halda internet oyunları bizim üçün faydalı ola bilər - Psixoloq məsləhəti

Bu halda internet oyunları bizim üçün faydalı ola bilər -  Psixoloq məsləhəti

Tarix: 20 Avqust 2020 20:16

 İnternet oyunları hazırkı dövrdə ən populyar əyləncə vasitəsinə çevrilib. Kompüter oyunları üçün həftə ərzində bütün dünya üzrə ümumilikdə 3 milyard saat sərf olunduğunu bilirdinizmi? Həyatımıza bu qədər sirayət edən oyunların mənfi və müsbət tərəfləri, əlbəttə ki, bir çoxumuzu düşündürür.

Bəzilərinin, hətta "zərərli vərdiş" belə hesab etdiyi internet oyunlarının çox zaman mənfi tərəfləri müzakirə olunur.

Milli.Az ted.az-a istinadən bildirir ki, psixoloq Aida Namazovanın sözlərinə görə, əslində internet oyunları çox vaxt inkşafetdirici və təxəyyülü genişləndirici ola bilər: "Amma həmin oyunların mənfi cəhətlərindən biri ondan ibarətdir ki, bəzən aşırı dərəcədə maraq olduğu üçün insanlar həddindən artıq çox oyunlar oynaya, ayrılmaya bilərlər. Bu isə əlbəttə ki asılılıq halı yaradır".

Psixoloq bildirdi ki, oyunlar özü-özlüyündə asılılıq yaratmır. Asılılıq insanın içində olur: "Psixoloji cəhətdən boşluq olur ki, insan sarılmağa, sakitləşməyə nəsə axtarır. Oyun ən yüngül təsir vasitələrindən olduğu üçün seçilir, oyunun üzərində uzun müddət dayanılır. Buna görə də, biz oyundan bir qədər uzaq durmağı çox vaxt məsləhət görürük".

Daha çox hansı tip oyunlara üstünlük verilməsinə gəlincə, bu, yaş dövrlərindən, psixoloji xüsusiyyətlərdən, zövqdən asılıdır: "Eyni zamanda oyunların insana təsirindən çox şey asılıdır. Elə oyunlar var ki, insan onu oynayarkən daha mübariz olur, daha aktiv olur, bəziləri isə daha aqressivləşdirir".

Oyunlar normal saat vasitəsilə kontrol olunacaqsa və nəzarət olunacaqsa, oynanıla bilər. Yer üzündə elə bir insan yoxdur ki, o oyunları oynamasın. Çünki hər bir insan uşaqlıqdan oyun oynamağa çox meyillidir. Xüsusiyyəti nə olursa olsun, oyun insanın psixi inkşafında, psixoloji durumunda mühüm yer tutur və əsas fəaliyyət növlərindən biridir. Ona görə də oyun bizə insanın xüsusiyyətləri haqqında informasiya verir.

Oyun sadəcə əyləncə kimi oynanılırsa və müəyyən vaxtdan bir istifadə olunarsa, bu, o qədər də qorxulu deyil. Amma insan oyundan asılılıq halına gələcək dərəcədə istifadə edirsə və asılıdırsa artıq təbii ki, mənfi təsirdən danışmaq olar".

Milli.Az


Etiketlər:  halda internet oyunları bizim üçün faydalı bilər Psixoloq məsləhəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ