Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 13:16
Qazaxıstanın “Tobol” klubunda çıxış edən millimizin üzvü Emil Balayev ölkə çempionatında qapısını ən uzun müddət toxunulmaz saxlayan qapıçıdır.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiper 540 dəqiqədir ki, qapısında qol görmür.
Emil bu göstəricidə Qazaxıstan Premyer Liqasında liderdir.
1. Emil Balayev (“Tobol”) - 540 dəqiqə
2. Almat Bekbaev (“Jetısu”) - 310 dəqiqə
3. Anton Çirin (“İrtış2) - 186 dəqiqə
4. Aleksandr Qriqorenko (“Kaisar”) - 128 dəqiqə
5. Ruslan Abjanov (“Okjetpes”) - 122 dəqiqə