Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ture Qvardiolanı tənqid etdi

Ture Qvardiolanı tənqid etdi

Tarix: 21 Avqust 2020 11:50

“Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture komandanın baş məşqçisi Pep Qvardiolanın fəaliyyətindən narazıdır.

Qol.az xəbər verir ki, o, “Daily Mail” nəşrinə müsahibəsində bildirib ki, 49 yaşlı mütəxəssis işində o qədər də uğurlu deyil:

“Bu məşqçini ona görə çağırmışdılar ki, Çempionlar Liqasını qazansın. “Liverpul”a baxanda görürsən ki, onlar və digərləri çox xərc çəkmədən ÇL-də birinci olub. O zaman məyus olmaya bilmirsən. Hər şey “Mançester Siti”nin arzuladığı kimi deyil. Hamı qəbul edir ki, Qvardiola əla məşqçidir. Amma hər şey planlaşdırıldığı qaydada getməyəndə nəyisə dəyişmək lazım gəlir”.

Qeyd edək ki, Yaya Ture 2018-ci ildə “Mançester Siti”dən ayrılıb. Onun Qvardiola ilə münasibətlərinin yaxşı olmadığı bildirilir.

 


Etiketlər:  Ture Qvardiolanı tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ