Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 13:42
13:33
Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə Rövşən Mustafayev 211.1-ci maddəsilə 15 gün həbs edilib.
Həmçinin məhkəmənin qərarı ilə İlham Əliyev 211.1-ci maddəsilə 15 gün həbs edilib.
--------
13:18
Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məhkəmədə müşavirə elan olunub.
---------
13:12
Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, işə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.
Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirlər.
Bu xətaya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.