Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan ölənlərin sayı 20502 nəfərə yüksəlib

İranda koronavirusdan ölənlərin sayı 20502 nəfərə yüksəlib

Tarix: 22 Avqust 2020 16:52

Bakı. Elnur Bağışov -Trend:

İranda ötən sutka ərzində 2 028 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 356 792 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 850 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 126 nəfər koronavirusdan ölüb. Beləliklə İranda indiyədək bu virusdan ölənlərin sayı 20 502 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 307 702 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,01 milyondan çox diaqnoz testi həyata keçirilib.


Etiketlər:  İranda koronavirusdan ölənlərin sayı 20502 nəfərə yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ