Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anadangəlmə ürək qüsuru ilə ana olmaq mümkündürmü?

Anadangəlmə ürək qüsuru ilə ana olmaq mümkündürmü?

Tarix: 22 Avqust 2020 20:12

""Anadangəlmə ürək qüsurum var. Ana ola bilərəmmi?" Bu, kardioloqun eşidə biləcəyi ən ağır sualdır. Mən səmimi qəlbdən inanıram ki, diaqnozunun nə olmasında asılı olmayaraq, hər bir qadın analıq xoşbəxtliyinə layiqdir".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-kardioloq, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmova  açıqlayıb. Onun sözlərinə görə, hər şey ürək qüsurunun növündən asılıdır: "Ən çox yayılan ürək qüsurları qulaqcıqlararası pərdənin və mədəciklərarası arakəsmənin defektləridir. Belə diaqnozlar zamanı, əgər ağırlaşma yoxdursa və qüsurlar vaxtında aşkarlanıbsa, hamiləliyi planlaşdırmaq olar.⠀Lakin, əgər artıq hamiləlik zamanı ürəkdə qüsur aşkarlanarsa, yalnız ciddi nəzarət və araşdırmalar hamiləliyin qorunub-qorunmayacağını deyə bilər. Çünki ananın ömrü prioritetdədir. Belə halda vaxtında yox, vaxtından əvvəl tədbir görmək lazımdır.

Mənim təcrübəmdə ikinci uşağına hamilə olan ürək qüsurlu qadın olub. O mənə qeyri-təbii tənginəfəslik şikayəti ilə müraciət etmişdi. Sən demə, əvvəllər quraşdırılmış süni klapan trombla tutulmuş və tam qapanmasına 3 mm qalmışdı. Mən gözlərimə inana bilmirdim. Bu 3 mm orqanizmin bütün orqan və toxumalarını qanla necə təmin edirdi?
Hamiləliyin 24-26-cı həftələrində qadına bu klapanı dəyişdirdilər. Şükür olsun ki, ana və uşaq hər şeyi fəsadsız atlada bildilər. Tibb sürətlə inkişaf edir və vaxtında tədbir görülərsə, heç bir problem faciəyə çevrilməz. Lakin həyatda elə şeylər var ki, onları nə tibbə, nə də ağla sığışdırmaq mümkün deyil. Misal-mənim pasientim. Mən "ümid sonda ölür" ifadəsi ilə razı deyiləm, çünki ümid heç vaxt ölmür!"


Etiketlər:  Anadangəlmə ürək qüsuru ilə olmaq mümkündürmü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ