Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 23:28
Bakı. Trend:
Bolqarıstan Gənclər və İdman Nazirliyinin rəhbəri Krassen Kralev koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidməti bildirib.
Bildirilib ki, Nazirin vəziyyəti yaxşıdır, yüngül simptomları var və xəstəxana nəzarətinə ehtiyac duymur. O evdə karantində olacaq.
Rəsmi məlumatlara görə, Bolqarıstanda pandemiya başlayandan bəri 15 227 nəfər xəstələnib, 545 yoluxan xəstə ölüb.