Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 23:52
İsveçrə bankı Basler Kantonalbank 2021-ci ildən etibarən törəmə şirkəti olan Bank Cler vasitəsi ilə kriptovalyuta ticarəti və saxlancı xidmətləri göstərməyə başlayacaq. Bununla da bankın müştəriləri bicoin və rəqəmsal aktivlərə investisya etmək və onu saxlamaq imkanı əldə edəcəklər. Bitcoin və digər kriptovalyutalar əvvəlcə Bank Cler tərəfindən emal ediləcək. Bu, İsveçrə hökuməti tərəfindən dəstəklənən bir bankın rəqəmsal aktivlər bazarına daxil olmasında ilk təşəbbüsdür.