Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Flikdən çempionluq şərhi

Flikdən çempionluq şərhi

Tarix: 24 Avqust 2020 11:42

“Çox sürətli oyun oldu. Hər iki tərəfin şansları var idi. Bizi bir neçə dəfə qoldan xilas edən dünyanın ən yaxşı qapıçısına malikik”.

Qol.az xəbər verir ki, bu sözləri “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının finalında PSJ-yə qalib gəldikləri oyundan (1:0) sonra deyib.

Almaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında futbolçularının PSJ kimi güclü bir komandaya qarşı düzgün oynadığını bildirib: “Oyunumuz əla idi. Görüşdən əvvəl çoxları bizdən PSJ-nin hücumlarına qarşı necə müdafiə oluncağımızı soruşurdu. Bu planda çox yaxşı çalışdıq. Komanda işə düzgün yanaşdığını göstərdi. Bunu görmək xoşdur".

Flik komandanın qələbə qolunu vuran Kinqsli Koman haqda da danışıb:”Nəhayət bu mövsüm onun Robben və Riberinin kölgəsindən çıxdığını görə bilərik. Kinqslidə inanlımaz istedad var. O, bu gün qol vurmaq istetadadının olduğunu göstərdi”.
 


Etiketlər:  Flikdən çempionluq şərhi


RƏYLƏR