Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 14:08
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 133 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 20 776 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 245 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 361 150 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 848 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 311 365 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 3,06 milyondan çox diaqnoz testi həyata keçirilib.