Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Latviya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Latviya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Tarix: 25 Iyun 2019 23:42

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovsu fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Latviya arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Səfir Yuris Maklakovs diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, fəaliyyət ərzində yüksək səviyyəli rəsmilərin səfər mübadiləsinin həyata keçirildiyini, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalandığı, yerli özünüidarəetmə səviyyəsində 15 müqavilənin imzalandığı, tvinninq layihələrinin həyata keçirildiyini və s. xüsusilə qeyd etdi.

Tərəflər iqtisadi, turizm, kənd təsərrüfatı, tranzit kimi sektorlarda hələ reallaşdırılmamış potensialın mövcud olduğunu ifadə edərək, bu istiqamətlərdə gələcəkdə əməkdaşlığın genişləndirilməsi zərurətini vurğuladılar.

Nazir Elmar Məmmədyarov səfir Yuris Maklakovsa gələcək fəaliyyətində uğurlar arzu etdi.


Etiketlər:  Latviya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ