Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan investisiyaların yatırılması üçün ən rahat ölkələrin arasındadır''

''Azərbaycan investisiyaların yatırılması üçün ən rahat ölkələrin arasındadır''

Tarix: 25 Avqust 2020 14:15

Cənab Prezidentin avqustun 24-də yeni təyin olunmuş icra başçılarının videoqəbulunda çıxışı nəinki yeni təyin olunmuş icra başçıları üçündür, həm də dövlətdə vəzifə tutan bütün məmurlar və özəl strukturda fəaliyyət göstərən sahibkarlar üçün proqram və yol xəritəsidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Prezident hər bir məmurun cəmiyyətdə hörmət qazanması, onun kollektivə rəhbərlik edilməsi üçün mənəvi haqqının olması üçün nə etməli olduğunu çox geniş şəkildə izah etdi:

"Yəni, ölkə başçısı "mən başda olmaqla hər bir dövlət məmuru xalqın xidmətçisi olmalıdır" ifadəsini işlətməklə hər bir məmura öz vəzifəsinin nədən ibarət oilduğunu bir daha diqqətinə çatdırıldı. Təyin olunmuş məmurlar xalqın içində özlərini və yaxınları necə aparmalıdırlarsa, yəni daima insanların içində olmalı, özlərini təvazükar aparmalı, insanlara yuxarıdan aşağı baxmamalı və özləri ilə yanaşı qohumlarının da cəmiyyətdə qıcıq doğuracaq hərəkətlərə yolverilməzliyini və öz hərəkətləri ilə ancaq nümunə olmaqalarını nəzərinə çatdırdı.

Məmur öz vəzifəsinə qazanc mənbəyi kimi baxmamalı, vətəndaşı, sahibkarı incitməməli və əksinə sahibkarlara fəaliyyətlərinin genişləndirilməsinə kömək göstərilməlidir. Kadr təyinatında da özünə yaxın və etibarlı adamları vəzifələrə təyin etməklə müxtəlif yollara əl atmamalı, əksinə ölkənin müstəqilliyini sevən, vətənpərvər, milli dəyərlər ruhunda tərbiyyə olunmuş pəşəkarların vəzifələrdə təmsil olunmasının vacibliyi cənab Prezidentin çıxışında əsas yer tutdu".

A.Badamov qeyd edib ki, sahibkarlara çağırışda dövlətin onların fəaliyyətinə təminat verdiyini və dövlətə vergi ödəməkdən başqa heç bir ödəniş etməli olmadıqlarını bildirməklə ikili mühasibat, vergidən yayınma halların yolverilməzliyini diqqətinə çatdıraran ölkə başçısı həm də qanunu pozanların ciddi cəzalandıracağını bildirdi:

"Biz bazar iqtisadiyyatında yaşayırıq və belə olan halda dövlətin gəlirləri əsasən özəl sektordan yığılan vergilərin üzərində formalaşmalıdır. Əgər sahibkarlar öz gəlirlərini artırırsa dövlətə də daha çox vergi ödəməlidir. Həm də böyük biznesmenlər investisyaların xaricə yatırılmasını dayandıraraq ölkə daxili investisyalara üstünlük verməlidiir.

Dünyada ölkələr investisyaların cəlb edilməsi üçün bir mübarizə aparır. Azərbaycan investisiyaların yatırılması üçün ən rahat ölkələrin arasındadır. Bu Dünya Bankının Doing Busines hesabatında qeyd olunub. Xüsusilə neftin qiymətinin dünya bazarlarında aşağı düşdüyü və qlobal pandemiyasının dünya iqtisadiyyatını böhrana sürüklədiyi bir vaxtda biznesmenlərimizin sərmayələrini ölkə daxilinə yerləşdirilməsi, yeni müəsisələrin ərsəyə gətirilməsi və iş yerlərin yaradılması bu gün ölkəmiz üçün vacib məsələdir.

Sərmayələrin ölkə daxilində yatırılması üçün potensial kifayət qədər çoxdur. Regionlarda emal müəsisələrin yaradılması, yerli xammaldan istifadə etməklə sənaye sahələrin inkişaf etdirilməsi üçün bütün infrastruktur imkanlar dövlət tərəfindən yaradılıb. Yerli İcra hakimiyyətinin başçıları yerli və xarici sərmayələrin təmsil olunduğu regionlara cəlb edilməsinə şərait yaratmalı, sahibkarlara dəstək göstərməlidir. Düşünürəm ki, bütün məmurlar və sahibkarlar cənab Prezidentin çıxışını dinləmişdir. Cənab Prezdentin verdiyi tapşırıqları və tövsüyyələri rəhbər tutaraq hər kəs öz fəaliyyətlərinə bir daha yenidən baxış edəcə. Ölkənin müstəqilliyinin möhkəmlənməsi, dövlətin güclənməsi, iqtisadiyyatın inkişaf etdirilməsi və sosial siyasətin genişlənməsində hər bir vətəndaş tutduğu vəzifəsindən və sosial mövqeyindən asıllı olmayaraq xidmət etməyə borcludur".


Etiketlər:  Azərbaycan investisiyaların yatırılması üçün rahat ölkələrin arasındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ