Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 14:18
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul etmişdir.
Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilmişdir.