Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 14:28
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 2 213 nəfər koronavirusa (COVID-19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 363 363 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 839 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 125 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 20 901 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 313 058 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 3,08 milyondan çox diaqnoz testi həyata keçirilib.