Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sterlinq koronavirus testindən keçdi

Sterlinq koronavirus testindən keçdi

Tarix: 25 Avqust 2020 15:56

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq koronavirus testindən keçib.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o, koronavirusa yoluxan əfsanəvi sprinter Useyn Boltun ad günü ziyafətində iştirak etdiyi üçün bu addımı atıb. 25 yaşlı hücumçuda testinin nəticəsi mənfi çıxıb və onda koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, Sterlinq avqustun 21-i 34 yaşını qeyd edən Boltun ad günü ziyafətində yer alıb. Ziyafət zamanı bütün qonaqlar tibbi maska taxmadan rəqs edib və sosial məsafəni qorumayıblar. Ad günü partisindın bir gün sonra testdən keçən Bolt da koronavirus aşkarlanıb.  Bundan sonra ziyafətdə olan bütün şəxslərin koronavirus testindən keçəcəyi qeyd olunub.

Xatırladaq ki, Boltun ad günü məclisində Sterlinqlə yanaşı,  "Bayer"dən Leon Beyli də iştirak edib.

 


Etiketlər:  Sterlinq koronavirus testindən keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ