Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 16:40
İtaliyanın Azərbaycandakı Səfiri Auqusto Massari futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byasi ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, Massari həmyerlisinə yeni işə başlaması münasibətilə təbriklərini çatdırdıb. Səfir baş məşqçinin Azərbaycana gəlişinin İtaliyaya bu ölkədə daha çox nüfuz qazandıracağına əmin olduğunu bildirib.
Qeyd edək ki, Canni De Byazi ilə 2021-ci ilin noyabrınadək müqavilə imzalanıb. De Byazi keçmiş futbolçu Klaudio Belluççi, "Bolonya" və "Sampdoriya"nın keçmiş futbolçuları da daxil olmaqla, 4 köməkçidən ibarət heyətlə işləyəcək. Onun ilk rəsmi matçı sentyabrın 5-də Bakıda keçiriləcək Millətləq Liqası matçında Lüksemburqa qarşı olacaq (Report).