Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ƏN BAHALI kirayə mənzillər bu ünvandadır - Hələ 50% ucuzlaşıb

Bakıda ƏN BAHALI kirayə mənzillər bu ünvandadır - Hələ 50% ucuzlaşıb

Tarix: 26 Avqust 2020 11:48

Kirayə mənzil bazarında durğunluq hələ də hökm sürür. Bunun əsas səbəblərindən biri iri ticarət mərkəzlərinin fəaliyyətə başlamaması və xüsusilə də tələbələrin hələ də ənənəvi təhsil metoduyla deyil, distant təhsil almaqlarıdır. Bu da rayonlarda olan tələbələrin Bakıdan deyil, birbaşa öz evlərindən onlayın təhsil prosesinə qoşulması ilə bağlıdır.

Bunu Sonxeber.net-a açıqlamasında mənzil bazarındakı son vəziyyəti təhlil edən əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib:

"Keçən tələbələr təxminən kirayə mənzil bazarının 20%-ni tuturdular. Bu gün onların mənzil icarələməməsi həmin mənzillərin boş qalmasına və təklifin çoxalmasına səbəb oldu. Hardasa bu mart ayında pandemiya başlayandan etibarən artıq tələbələr ənənəvi təhsil prosesinə qoşulmadılar, evləri boşaltmaq məcburiyyətində qaldılar. O zamandan da kirayə mənzil bazarında qiymətlərin düşməsi prosesi başladı və ona pandemiyanın törətdiyi digər səbəblər də təsir göstərdi.

Bu il kirayə mənzillərin sıçrayışlı qiymət artımına rast gəlməyəcəyik

Bundan sonra gözləmək olar ki, keçən illərdə ənənəvi olaraq avqustun sonu, sentyabr aylarında həmişə müşahidə etdiyimiz kirayə mənzillərin sıçrayışlı qiymət artımına biz, yəqin ki, bu il rast gəlməyəcəyik. Yəni, qiymətlər stabil olaraq qalacaq. Bu gün mart ayı ilə müqayisədə hardasa 15-20% qiymət enməsi müşahidə edilir. Təxminən götürsək, 1 otaqlı mənzil minimum olaraq 200 manatdan, hansı ki əvvəllər bunu 250 manata tapmaq mümkün deyildi, 2 otaqlı mənzil təxminən 250 manata, 3 otaqlı isə 300 manatdan başlayaraq təklif olunur. Mən minimum qiymətləri deyirəm. Fərdi yaşayış evlərində də bu qiymətlər minimum 100-120 manatdan, amma yeni tikilələrdə isə bu qiymətlər 250 manatdan başlayır. Amma keçən il və 2018-ci ildə bu qiymətlərə rast gəlmək mümkün deyildi. Keçən il bu vaxtı bir otaqlı kirayə mənzil təklifi 300 manat idi. 

Pandemiyadan sonra kirayə mənzillər bahalaşacaq

Əgər pandemiyadan sonrakı dövrdə yenə iri ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacaqsa və tələbələr ənənəvi təhsil metoduna qayıdacaqlarsa, bu, heç şübhəsiz ki, qiymət artımına səbəb olacaq. Çünki birdən-birə bazara icarə üçün ev axtaran kütlənin daxil olması ilə nəticələnəcək. Hələ ki təklif bazarda mövcuddur.

Qiymətlərin bundan aşağı da düşəcəyini gözləmirəm

Bu gün kirayə mənzil bazarında təklif tələbi, hələ ki, üstələyir. Bu səbəbdən də qiymətlər o dövrdən etibarən, demək olar ki, düşüb və stabil olaraq qalmaqdadır. Qiymətlərin bundan aşağı da düşəcəyini gözləmirəm. Çünki həm icarə verənlər, həm də kirayə götürənlər artıq bəlli bir qiymətə öyrəşiblər. Ondan aşağı düşməsi üçün çox ciddi təsir göstərə bilən faktorlar lazımdır. Bunun da baş verəcəyinə inanmıram. 

Hazırda ən bahalı kirayə mənzillər Səbail, Nərimanov və Nəsimi rayonlarındadı

Hazırda ən bahalı kirayə mənzillər Səbail, Nərimanov və Nəsimi rayonları ərazisindədir. Bahalı kirayə mənzillərdə, qiyməti 1500 manatdan yüksək olan kirayə mənzillərin qiymətlərində də xeyli dəyişiklik olub. Yəni, məsəl üçün, əvvəllər 2500, 3000 manata təklif olunan kirayə mənzillər bu gün təxminən 1500 manata düşüb. Buna təsir edən əsas faktorlardan biri turistlərin gəlməməsi ilə bağlıdır. Bu gün digər ölkələrdən vəziyyətlə bağlı olaraq turistlərin gəlməməsi, xüsusilə də Bakıda günlük kirayə verilən mənzillərin də artıq aylıq kirayə kimi təklif olunmasına gətirib çıxarıb".  

Təhməz Təkin


Etiketlər:  Bakıda BAHALI kirayə mənzillər ünvandadır Hələ ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ