Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messini almağa yaxın klublar - 2 favorit

Messini almağa yaxın klublar - 2 favorit

Tarix: 26 Avqust 2020 13:54

İspaniya mediası "Barselona"dan ayrılacağı gözlənilən Lionel Messini transfer etməyə yaxın olan klubların adlarını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sport.es saytı yazır ki, PSJ və "Mançester Yunayted" argentinalını almaq üçün favorit sayılır. Bildirilir ki, bu iki klub transferi gerçəkləşdirmək məqsədilə daha artıq səy göstərəcəklər. Bunun üçün onların müəyyən məbləğdə təzminat ödəməyə hazır olacağı da iddia edilib.

Qeyd edək ki, dünən İspaniya mətbuatı Messinin "Barselona"nı tərk etmək üçün qəti qərar verdiyi və bu haqda klubu məlumatlandırdığı haqda xəbər yayıb.

Milli.Az


Etiketlər:  Messini almağa yaxın klublar 2 favorit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ